Meksikada şirniyyat fabrikində partlayış

ແຜນທີ່ ເມັກຊິໂກ

Meksikanın şimalında konfet fabrikinin içərisində partlayış və yanğın nəticəsində ən azı 1 nəfər həlak olub, onlarla insan yaralanıb.

Rəsmilər deyir ki, Siudad Huarez şəhərindəki Dulce Blueberry şirniyyat fabrikində bir neçə nəfər ciddi xəsarət alıb. Rəsmilər fabrikdə qazanın partladığını deyib. İstintaq davam edir.

Fakrik rəsmilərinin sözlərinə görə, partlayışdan sonra bir neçə nəfər itkin düşüb. Orada 300-dən çox işçinin çalışdığı deyilir.