Avstraliyada Beynəlxalq QİÇS Konfransı işini davam etdirir

Avstraliyanın Melborn şəhərində keçirilən Beynəlxalq QİÇS Konfransının əsas məqsədi öldürücü virusun aradan qaldırılmasıdır. Ekspert və fəallar buna nail olunması üçün müxtəlif baxışlara malikdir.

Ağıllı xəstəlik adlandırılan QİÇS-in 9 genli retrovirusu orqanizmə daxil olduğu an elə bir sürətlə çoxalmağa başlayır ki, immun sisteminin onu məhv etməsinə imkanı qalmır.

Mikroskop altında iynəli topa bənzəyən bu virusla mübarizə 30 ildən artıqdır ki, imkansız görünür.

BMT-nin QİÇS-lə mübarizə agentliyinin bildirdiyinə görə, bu müddət ərzində xəstəlik səbəbi ilə 39 milyon insan həyatını itirib.

Beynəlxalq QİÇS konfransının 12 min nəfərlik iştirakçısı vurusun neytrallaşdırması üçün müxtəlif yollar təklif edir.

Sudanın Ailə Planlaşdırması Assosiasiyasından Nahat Elhadi kimi bir çoxları konfransa sadə bir ümidlə qatılıb. “HİV virusunun yeni formalarının məhvi - Hamı bu məqsədlə bir araya gəlib.”

HİV virusunun yeni formalarının məhvi - Hamı bu məqsədlə bir araya gəlib.
Nahat Elhadi

BMT-nin QİÇS-lə mübarizə agentliyinin rəhbəri Mişel Sidibe əhatəli plan təklif edir. “Mənim planım belədir. Könüllü testlər, hər yerdə hər kəs üçün müalicə. Virus daşıyıcılarının supressiv dərmanlarla təmini. Heç kimin QİÇS-dən ölümünə və ya doğulmasına yol verməmək. Xəstələrin qanunla müdafiəsi və onların azad səyahəti.”

Lakin bir çoxları təbabətin yeganə çarə olduğunu düşünmür. Onlar icmaların rolunu mühüm sayır. Gey, lezbian, transseksuallar və hermofraditlik çox hallarda cəzalandırılır. Konfransda diskriminasiyaya son qoyulmasına çağırılıb.

Avstraliyanın Araşdırma Mərkəzindən tədqiqatçı alim Kili Constonun dediyinə görə, əsas məsələ icmaların bio-təbabətdə çaşğınlığa yol verilməməsindədir.

“QİÇS-lə mübarizədə böyük səylər göstərilib. Elmdə böyük nailiyyətlər əldə edilib. İcmaların da rolu böyük olmalıdır.”

Konfrans çərçivəsində müxtəlif tədbirlər, sərgilər təşkil edilir.