Milli Şura sentyabrın 11-də mitinq keçirəcək

Demokratik Qüvvələrin Milli Şura etiraz aksiyalarına başlamaq barədə qərara qəbul edib.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, Milli Şuranın ilk mitinqi sentyabrın 11-də saat 17-də “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.

“Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Monarxiyaya yox! Talana son!” tələb edək!”, Kərimli qeyd edib.