Mərakeşdə minlərlə insan nümayişlər keçirir

  • Amerikanın səsi

Mərakeşdə minlərlə insan nümayişlər keçirir

Mərakeşdə bu gün minlərlə adam 20 fevral hərəkatınının davamı olaraq, siyasi islahatlar, korrupsiya ilə mübarizə və vətəndaş hüquqlarının müdafiəsi çağırışları ilə etiraz nümayişləri keçirir. Nümayişlər Kral Məhəmmədin islahatlar və parlamentin səlahiyyətlərinin artırılacağına dair vədlərinə baxmayaraq təşkil edilib. Bu arada Amnesty İnternational Mərakeş hökumətinə zorakılqılara yol verilməməsi tələbi ilə müraciət edib. Keçən bazar günü Kasablankada təşkil edilən etiraz aksiyası polis tərəfindən dağıdılmış, nəticədə çoxsaylı adam yaralanmışdı.