"Azərbaycan cəmiyyətinin açıq müzakirələrə ehtiyacı var"

Your browser doesn’t support HTML5

Vaşinqtondakı Vudro Vilson mərkəzində tədqiqatçı alim Odri Altştadtın Azərbaycan haqda yeni kitabının təqdimatı keçirilib. “Post-sovet Azərbaycanda baş tutmayan demokratiya” kitabı professor Odri Altştadtın son illər apadığı tədqiqatların nəticəsidir. Sovet dövrü və müstəqilliyini qazandığı ilk günlərdən Azərbaycan haqda tədqiqatlar aparan tarixçi-alim kitabında Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatında baş verən dəyişikliklər, vətəndaş cəmiyyəti quruculuğu, siyasi müxalifətə qarşı təqiblər, media və insan haqlarının durumu və Azərbaycanın müasir dövrdə qarşılaşdığı risklər kimi məsələlərə toxunub. Professor Altştadt Amerikanin Səsinin suallarını cavablandırıb.