Pakistanda yol tikinti işçiləri güllələndi

Pakistanın cənub-qərbində silahlı şəxs yol tikinti işçilərinə atəş açaraq təxminən yeddi nəfəri öldürüb. Bugünkü hadisə Bəluçistan vilayətinin inzibati mərkəzi Kvetta şəhəri yaxınlığında baş verib.

Hücuma görə məsuliyyəti dərhal öz üzərinə götürən olmayıb.

Bəluçistan son zamanlar təriqətlərarası zorakılıqlar, militant hücumları və üsyanlara səhnə olub. Bəluçistanda üsyançılar uzun müddətdir siyasi muxtariyyat və vilayətin təbii sərvətlərinin onlara daha böyük pay ayrılması uğrunda vuruşurlar.