Pakistanın təhlükəsizlik qüvvələri hədəf alınmaqda davam edir

Pakistanın cənub-qərb bölgəsində təhlükəsizlik qüvvələrinin maşınında baş verən partlayışın 11 təhlükəsizlik işçisi, biri mülki vətəndaş olmaqla azı 12 nəfərin ölümünə səbəb olduğu bildirilir. Partlayiş nəticəsində onlarla insanın yaralandığı deyilir.

Polisin dediyinə görə, bu gün Getta bölgəsində polisin xüsusi qüvvələrini aparan maşına uzaqdan idarə olunan bomba yerləşdirilib. Rəsmilər maşına 100 kq-a qədər partlayıcı maddə yerləşdirildiyini deyirlər.

Bu gün eləcə də, yaraqlıların ölkənin şimal-qərb bölgəsində yoxlanış məntəqəsinə etdikləri hücum zamanı 4 əsgər öldürülüb.