Pakistanın Bəlucistan əyalətində yeddi nəfər qətlə yetirilib

Silahlı şəxsin yol təmir edən fəhlələrə atəş açması nəticəsində yeddi nəfər həlak olub
Pakistanın sənub-qərbində silahlı şəxsin yol təmir edən fəhlələrə atəş açması nəticəsində ən az yeddi nəfərin həlak oluduğu bildirilir.

Qətl hadisəsi Bəlucistan əyalətinin paytaxtı Quetta yaxınlığında baş verib.

Hadisəyə görə heç kəs məsuliyyəti boynuna götürməyib. Bəlucistanda təriqətlərarası zorakılıqlar, yaraqlıların hücumu və iğtişaşlar tez-tez yaşanır.

Bəluc üsyançıları siyasi muxtariyyət və əyalətin təbii sərvətlərindən daha çox pay almaq üçün uzun müddətdir mübarizə aparirlar.