Pensilvaniya mədəniyyət festivalında azərbaycanlılar təmsil olunub

Your browser doesn’t support HTML5

Sentyabr ayının 23-də Pennsilvaniyanın paytaxtı Harrisburq şəhərində Pensilvaniya ştatındakı Türkiyə Mədəniyyət MərkəzInin təşkilatçılığı ilə 10-cu Mədəniyyətlər Festivalı keçirlib. Builki tədbirə ilk dəfə olaraq New York Azərbaycan Assosiasiyası və eləcə də Pennsilvaniya ştatının Mechanicsburg şəhərində yaşayan azərbaycanlılar da qatılıb. Tədbirdə qurulan stenddə Azərbaycanla bağlı məlumatlar verilib, ölkənin mədəniyyətini əks etdirən nümunələr sərgiləndirilib.