Barak Obama raketdən müdafiə sisteminin təkmilləşdirilməsinə çağırıb

ABŞ prezidenti Barak Obama BMT-nin sanksiyalarına məhəl qoymayaraq dünən üçüncü nüvə sınağını həyata keçirən Şimali Koreyadan müdafiə olunmaq üçün raketdən müdafiə sistemini möhkəmləndirməyə çağırıb.

İllik müraciətində prezident Obama Şimali Koreyanın raket sınaqlarına cavab olaraq ciddi tədbirlərin görülməsinə çağırıb.

Bu gün Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözcüsü Kim Min-Seok deyib ki, Seul Şimali Koreyaya məxsus raketlərin müəyyən edilməsi, hədəf alınması və məhv edilməsinə qadir olan sistemin yaradılması prosesini sürətləndirəcək.

Pxenyan üçüncü nüvə cihazını partladıb. Şimali Koreya rəsmilərinin sözlərinə görə bu, Birləşmiş Ştatların kommunist ölkəsinə qarşı sanksiyaların sərtləşdirilməsinə cavab mahiyyəti daşıyıb.