İranda təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur

İranda təyyarə qəzası

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə təyyarə qəzasında çoxsaylı insan tələfatının olması ilə əlaqədar başsağlığı verib.

Fevralın 18-də İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 60 sərnişin və 6 heyət üzvü həlak olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.