Qüds məhkəməsi fələstinlinin ölümünə görə iki israillini ittiham edir

Qüds məhkəməsi ötən il Şərqi Qüdsdə 16 yaşlı fələstinli yeniyetmənin yandırılaraq öldürülməsində iki israillini ittiham edir.

Məhkəmə bu gün son anda qərarın oxunmasını təxirəs salıb. Buna səbəb 3-cü müttəhim, 31 yaşlı Yosef Haim Ben Davidin vəkilinin son onda əqli çatışmazlıq vəsatəti qaldırması olub.

İki gəncin yanvar ayınadək hökmünün oxunması qaçılmazdır.

3 israilli yeniyetmənin oğurlanaraq öldürülməsinin qisası olaraq Əbu Xdeir oğurlanaraq yandırılmışdı. Onun atası bugünkü qərarı qəbuledilməz adlandırıb.

İki tərəfli qətllər ötən il Qəzza Zolağında 50 günlük müharibəyə yol açmış və çoxu fələstinli mülki vətəndaşlar olmaqla 2200 nəfərin ölümünə səbəb olmuşdu.