Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Ramin Quluzadə

Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Ramin Quluzadə bundan öncə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini idi.

Keçmiş nazir Əli Abbasov nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı həbs edildikdən sonra 2015-ci il noyabrın 12-də vəzifəsindən azad edilib.

Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsi alıb.

O bundan öncə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb.