RİA Novosti ləğv edilib

RİA Novosti agentliyi_logo

Onun bazasında “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyi yaradılıb
Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” agentliyinin ləğvi barədə sənəd imzalayıb.

Rusiya prezidentinin rəsmi saytının məlumatına görə, Putinin digər sərəncamı ilə “RİA Novosti”nin bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılıb.

“Rossiya 1” telekanalının aparıcısı Dmitri Kiselyov yeni agentliyin baş direktoru təyin edilib.

Vladimir Putin həmçinin “Qolos Rossii” (Rusiyanın Səsi) radio şirkətini ləğv edib, onun əmlakı “Rossiya seqodnya” agentliyinə verilib.