Kosmonavtlar altı aylıq fəaliyyətdən sonra Yer Kürəsinə qayıdıblar

Iki rus və bir amerikalı kosmonavt altı ay Beynəlxalq Fəza Stansiyasında fəaliyyətdən sonra Yer Kürəsinə qayıdıb.

Oleq Artemiyev, Aleksandr Skvortsov və Stiven Svansonu daşıyan Rusiyanın Soyuz kapsulu Qazaxıstan yaxınlığında cümə axşamı səhər yerə enib.

Onların yerinə fəaliyyətə başlayacaq üç nəfər bu ayın sonlarında fəza stansiyasına göndəriləcək.

Ekipaj üzvlərindən biri rusiyalı qadın kosmonavt Yelena Serovadır. O, 1997-ci ildən bəri kosmosa göndərilən dördüncü rus qadın kosmonavtdır.