BMT müharibə cinayətləri tribunalı sabiq serb ordu qərargahının rəisi Momsilo Perisiç Yuqoslaviya parçalanandan sonra Bosniya və Xorvatiya arasında müharibə ilə əlaqədar olaraq 27 il azadlıqdan məhrum edib. Haaqa tribunalı 1992-ci və 1995-ci illərdə Sarayevonun blokadada olduğu zaman Bosniya və Xorvatiyada vuruşan serb yaraqlıları dəstəkləməkdə və 1995-ci ildə Srebrenitsada 8000 müsəlman kişi və yeniyetmənin ölümü də daxil olmaqla sabiq general Momsilo Perisiçi bəşəriyyətə qarşı cinayətdə ittiham edib.