Seulda Yaponiya səfirliyi önündə etiraz aksiyası keçirilib

Bu gün Cənubi Koreyanın paytaxtı Seulda onlarla çinli tələbə Yaponiya səfirliyi önündə Yaponiya əleyhinə etiraz aksiyası keçirib.Tələbələr Yaponiyanın özəl şirkətinin bu yaxınlarda Şərqi Çin dənizində mübahisəli adaları almasına etiraz olaraq nümayiş keçirib.

Adalar Yaponiyada Senkaku, Çində isə Diaoyu adlanır. İki ölkə və Tayvanın iddialı olduğu bu adalarda böyük həcmdə təbii sərvətlərin olduğu ehtimal edilir.

Nümayişlərdən sonra tələbələrin lideri etiraz bəyanatını məktub formasında səfirliyin rəsmilərinə verib.