Hollivudun "super ataları"

Hollivudun super ataları... Bəzi Hollivud ataları var ki, işə gedəndə oynadıqları super rollardan filmdən sonra öz uşaqları ilə oynayanda belə çıxmırlar. Buna səbəb onların sadəcə superi olmasıdır.

Məsələn,“Wolverine” filmindən tanıdığınız Hyu Cekmen uşaqları Oskar və Eyvanın yanında belə caynaqlarını çıxarmır.

Betmen rolunun növbəti ifaçısı Ben Affleks super ata kimi həmişə birincidir. Aktyorun qızları Serafina və Violet 4 iyul paradına getməklərini və ya atalarının karuseli işlətmək üçün güc nümayiş etdirməsini daim xatırlayacaqlar. Başa düşürsüz də… super ata karuseli güc göstərməklə işə salır.

Deyəsən Benin dostu Mett Daymon “Bourne Identity” filminin ssenarisini bir kənara qoyaraq yaxşı valideyn olmaq haqda kitab oxumağa başlayıb.

Tom Kruz isə qeyri-mümkünlükdən uzaq olan missiya tapıb. Belə ki, o, qızı Surinin qayğısına qalır.

Budur yep-yeni ata Kris Hemsvort: Hollivud gənclərinə nümunə kimi “Thor” filminin ifaçısı olmasına baxmayaraq aktyor filmdəki ağır çəkicini yerə qoyaraq, kiçik qızı İndianın qayğısına qalır. Yeri gəlmişkən, daha bir körpə də yoldadır.