Bakıda külli miqdarda silah-sursat tapılıb

Bakıda külli miqdarda silah-sursat tapılıb

Daxili İşlər Nazirliyi rəsmi açıqlama verib
Daxili Işlər Nazirliyi Bakıda külli miqdarda silah-sursat tapılması barədə rəsmi açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə yanvarın 17-də paytaxt sakinlərindən biri DİN-in "102" Xidmətinə zəng edərək Binəqədi rayonu Şəmsi Rəhimov küçəsinin yaxınlığında yerləşən məişət tullantıları qutularının içərisində silah-sursatın olması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən məişət tullantıları qutularına baxış zamanı,qutudan odlu silah, o cümlədən 24 avtomat silahı, 103 ədəd əl qumbarası və alışdırıcısı, 1 ədəd qumbaraatan, 1 ədəd əl pulemyotu, 2 snayper tüfəngi, 1 ədəd "TOZ-8", 1 ov tüfəngi, 39 ədəd mərmi, 36 avtomat darağı, 5 ədəd işıqlandırıcı raket, 4 tüstüverici şaşka, 31186 ədəd müxtəlif çaplı patron və digər hərbi sursat aşkar edilərək götürülüb.