Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb

Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb

Vaqif İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib

Mayın 14-də Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün səhər saat 04:30-da Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsinə minik başlayarkən Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları Bakıdan Kiyevə uçan Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü İsmayılov Vaqif üzərindən tabel silahı olan “Makarov” tipli tapança aşkar ediblər. V.İsmayılovun üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronu aşkar edilərək götürülüb.

Vaqif İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.