Əl-Şəbaba qarşı dron hücumu nəticəsində bir neçə militant öldürülüb

Aşağı Şabel, Somali

Birləşmiş Ştatlar ordusu bildirir ki, hərbçilər Somalidə Əl-Şəbab ekstremist qrupuna qarşı dron hücumu həyata keçirərək, bir neçə militantı məhv ediblər.

ABŞ-ın Afrika Komandalığı tərəfindən yayılan bəyanatda deyilir ki, hücum cümə gecəsi, paytaxt Moqadişudan 32 kilometr şimalda yerləşən Aşağı Şabel ərazisində həyata keçirilib.

Bu, ABŞ hərbçilərinin Əl-Qaidə ilə əlaqəli və İŞİD-in Somalidə yerləşən qrupu hesab edilən Əl-Şəbaba qarşı bu il həyata keçirilən 23-cü hava hücumu idi. Tramp administrasiyası ilin əvvəli Somalidə yerləşən ekstrimistlərlə mübarizədə hərbi əməliyyatlarının genişləndirilməsini təsdiq edib.

Bəyanatda deyilir ki, sonuncu dron hücumu Somali höküməti ilə koordinasiya edilərək, həyata keçirilib.

Əl-Şəbab keçən ay Moqadişuda 350-dən çox insanın ölümünə səbəb olan nəhəng bomba partlayışının təşkilində ittiham olunur.