Gödəkçəsinin cibindən 910 min Rusiya rublu çıxdı

Gödəkçəsinin cibindən 910 min Rusiya rublu çıxdı

Faktla bağlı araşdırma aparılır.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Novosibirsk aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşını saxlayıb.

Gömrük Komitəsinin məlumatına görə həmin şəxs saxlanılıb sorğu-sual olunarkən üzərində 500-600 min Rusiya rublu olduğunu bildirib.

Lakin şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 182 ədəd - hər biri 5000 Rusiya rublu nominalında əsginaslar olmaqla, cəmi 910 min Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.