İsraildə sərnişin qatarında yanğın baş verib

  • Amerikanın səsi

İsraildə sərnişin qatarında yanğın baş verib

İsrail rəsmiləri sərnişin qatarında baş verən yanğının 100-dən artıq adamın yaralanmasına səbəb olduğunu bildirir. Nahariyadan Tel-Əvivə istiqmət alan qatarda yanğının arxa mühərrikdə başladığı və daha sonra yayıldığı bildirilir. “Jerusalem Post” qəzetinin yazdığına görə, yanğına qısa qapanma səbəb olub. Lakin qəzet terror əməlini istisna etməyib.