Qadın hərəkatları getdikcə genişlənir və möhkəmlənir [Video]

Your browser doesn’t support HTML5

Qadın hərəkatları getdikcə genişlənir və möhkəmlənir

Keçən il Amerika qadınları üçün maraqlı il oldu. Prezident Donald Trampın inaqurasiyasına qarşı “Qadın Yürüş”-ündən tutmuş qadınlara qarşı cinsi zorakılığın əleyhinə olan "MüToo" - “Mən Də” kampaniyasına qədər, qadın hərəkatları genişləndi və möhkəmləndi. Bu ay “Qadın Yürüşü”-nün ildönümüdür və bu hərəkat Amerika qadınlarının statusunun dəyişməsinə yol açdı.

10 yaşlı Hanna Hovard heç də fəala bənzəmir. Lakin bir il əvvəl baş verənlər onu tam dəyişib. “Bu gün qadınlarla çox pis rəftar edilir və mən uzun müddədir onlara dəstək olmaq üçün yürüşə çıxmağı düşünürdüm” deyə, Hanna bildirir.

Hanna və onun anası Keti Birləşmiş Ştatlar tarixindəki ən böyük yürüşlərdən birinə, yüz minlərlə insanın iştirak etdiyi yürüşə qoşuldu. Bu, prezident Donald Trampın inaqurasiyasında bir gün sonra baş verdi. Etirazçılar “qadının hüququ insanın hgüququdur” şüarı ilə çıxış edirdi. Hannanın anası bunun mədəni zəlzələ olduğunu deyir. “Bu qadın məsələlərinə diqqəti çox artırdı. Fikrimcə dünya qadınların bir araya gəlib nələr edə biləcəyini artıq görür.”

Bu böyük saylar sosial mediada da əksini tapdı. Qadınların birgə haqq səsi olan “MeToo”- yəni “Mən Də” hərəkatı əsnasında cinsi təcavüzdə ittiham edilən bir neçə yüksək səviyyəli şəxs işlərindən azad edildi.

Bu, bəzilərinin kişilərin mərkəzdə olmasının qadınları cana doydurduğunu demələrinə gətirib çıxardı. Digərləri isə…

Professor Naomi Çan: “Tarixi kitablara nəzər saldıqda bunun ən çox səs-küylü il olduğunu görə bilirik, lakin maaşlardakı fərq dəyişməyib.”

Professor Naomi Çan ömrünün çox hissəsini qadın problemləri ilə bağlı yazılara və mühazirələrə həsr edib.

Birləşmiş Ştatların əmək statistikası 2017-ci ilin son rübündə kişilərlə eyni işi görən qadınların kişi maaşının 80 faizini – ötən illə müqayisədə hər həftə kişilərdən 2 dollar az aldıqlarını göstərib. Afrikal-amerikalı qadınların daha az - 69 faiz, ispandilli qadınların isə ondan da az qazandığını göstərib.

Çandra Çaylders Qadın Siyasəti Araşdırmaları İnstitutunun baş tədqiqatçısıdır. “Onların ağdərili yaxud asiyalı qadınlarla müqayisədə maaşları daha az olacaq, bu onların daha aşağı təhsilə malik olmasına yol açacaq.”

ABŞ Ali Məhkəməsinin indiyədək qadınların abort məsələsinə müdaxilə etməməsinə baxmayaraq, ekspertlər bunun da dəyişəcəyindən ehtiyat edirlər. “Ştatlar bu seçimin qarşısını almağın yollarını arayır” deyə, Naomi Çan bildirir.

Məsələnin müsbət tərəfi isə onadan ibarətdir ki, rəngindən asılı olmayaraq daha çox qadın siyasətə cəlb olur. Hesablamalara görə bu il Konqresə rekord, 370-dən çox qadın namizədliyini irəli sürəcək.

Keti Hovard yürüşün ildönümünü qızı Hanna ilə birgə Vaşinqtonda həmin yerlərdən keçməklə qeyd edəcəyini deyir. Bu kərə onlara kiçik qızı Haydi də qoşulacaq.