Süni intellekt qlobal aclıqla mübarizə aparmağa kömək edə bilər

Your browser doesn’t support HTML5

2030-cu ilə qədər aclığın mövcud olmadığı bir dünya bu il Dünya Ərzaq Gününün mövzusu və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının məqsədidir. 16 oktyabrda keçirilən tədbirlər aclıqdan əziyyət çəkənlər və hamı üçün qida təhlükəsizliyi və qidalandırıcı pəhrizlərin təmin edilməsi məsələlərinə diqqət çəkilir. Aclıqla mübarizədə inkişafın olmasına baxmayaraq, Qlobal Aclıq İndeksində irəliləyişlər qeyri-bərabər olub. 2017-ci ilin hesabatı göstərir ki, milyonlarla insan hələ də xroniki aclıqla qarşılaşır və bir çox ölkələrdə ciddi ərzaq böhranı mövcuddur. Texnologiya və süni zəkanın inkişafı dünyanı qidalandırmağa kömək edə bilər, amma dünya texnologiyalarının inkişaf etməkdə olan ölkələrə çatmasını təmin etməkdə problemlər var.

Aclıq dünyada hər 9 nəfərdən birinə təsir göstərir və bu rəqəm artmaqdadır. Yoxsulluq bunun tək səbəbi deyil.

BMT-nin Dünya Ərzaq programından Robert Opp: “Biz daha çox münaqişələr və təbii fəlakətlərlə əlaqədar yerlərindən köçmək məcburiyyəti səbəbilə yaranmış aclıq halları ilə qarşılaşırıq.”

Humanitar təşkilatlar qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün süni intellekt kimi yeni texnologiyalardan istifadə etməyə başlayıb.

BMT-nin Dünya Ərzaq programından Robert Opp: “Süni intellekt bizə insanın potensialını artırmaq imkanı verir. Biz insanlar və əşyaları dəyişdirmək barədə danışmırıq. Biz yalnız insan potensialından istifadə edərək gördüyümüz işlərdən daha çox və daha yaxşı işlər görməyi planlaşdırırıq.”

Süni intellekt inkişaf etməkdə olan ölkələrdə fermerlərə yardım etmək və münaqişə və təbii fəlakətlərin təsirinə məruz qalan ərazilərin tapmaq üçün böyük miqdarda məlumatları təhlil edə bilər. Məlumatlar sonra smartfonlarda fermerlər tərəfindən əldə edilə bilər.

Bill and Melinda Gates fondundan Uyi Stüart: “Analiz etmək üçün xüsusi məlumatları və torpaq xəritəsinin məlumatlarını götürərək, süni intellektdən istifadə etdiyiniz zaman mənə informasiya göndərə bilərsiniz. Yəni siz mənə nəyi nə zaman və necə əkmək lazım olduğunu bilməyə kömək edə bilərsiniz.”

XPrize şirkətindən Zeniya Tata: “Texnologiyalar, süni intellekt, robotlar, sensorların kombinasiya edilməsinə başladıqda fermer təsərrüfatında möcüzənin baş verdiyini görürük.”

Ancaq inkişaf etməkdə olan ölkələr çox vaxt bu yeni texnologiyaları çox gec əldə edə bilir.

Bill and Melinda Gates fondundan Uyi Stüart: “815 milyon insan acdır və bunlardan demək olar 814 milyonunun smartfonu yoxdur.”

Lakin hətta texnologiyalar olsa belə, bir sıra başqa problemlər mövcuddur.

Bill and Melinda Gates fondundan Uyi Stüart: “Haqqında danışdığımız bu insanların əksəriyyəti ingils dilində danışmır, ona görə də biz bu texnologiyalarla əldə etdiyimiz məlumatları onlara necə ötürə bilərik?”

Yeni texnologiyaların inkişaf etməkdə olan dünyaya çatması üçün zaman keçəcəyinə baxmayaraq, bu cür inkişafların ümumiyyətlə ərzaq təhlükəsizliyi ilə üzləşən bölgələrdə fermerlərə çatması ümidi çoxdur.

Land O’Lakes şirkətindən Teddi Bekele: “Siz texnologiya ixtira etmisiniz. Ona çoxlu investisiyalar qoyulub. İndi siz onu dəyişdirirsiz və bu xərcləri azaldır. Beləliklə düşünürəm ki, 3-4 ilə bizim inkişaf etməkdə olan ölkələrdə də istifadə etmək üçün bəzi texnologiyalarımız olacaq".

Humanitar təşkilatlarda işləyənlər sahibkarların qlobal aclıqla mübarizədə yeni texnologiyaların uyğunlaşması üçün öz ölkələrindən kənara nəzər salmalıdırlar. Fermerlər inkişaf etməkdə olan ölkələrdə aclıqla qarşılan insanları qidalandırmaq üçün süni intellektdən istifadə etmək üçün təlim keçməlidirlər.