Taylandda avtobus qəzası onlarla buddistin həyatına son qoyub

Polisin bildirdiyinə görə, Taylandın şimalında avtobusun qəzaya uğraması nəticəsində azı 21 nəfər ölüb, sürücü də daxil edilməklə, onlarla insan yaralanıb. Avtobusun Lampanq vilayətində Buddist zəvvarları ziyarətdən geri gətirərkən dərəyə düşdüyü bildirilir.

Polis ölümlə nəticələnən qəzanın sürücünün avtobusu təhlükəli sürməsi nəticəsində baş verdiyini deyir.