Kabildə intiharçı hücumu

Əfqanıstanın paytaxtı Kabildə intiharçı hücumu 3 mülki vətəndaşın ölümünə səbəb olub. Bəzilər amerikalı olmaqlaÇ bir sıra əsgərin yaralandığı bildirilir.

Bundan əvvəl Pentaqondan verilən məlumata görə, Əfqanıstanın problemli Qəndəhar əyalətində NATO-nun hərbi missiyası hücum nəticəsində iki ABŞ əsgəri həlak olub, dörd nəfər isə yaralanıb.

ABŞ rəsmiləri çərşənbə günü baş verən hücumun detalları haqqında məlumat verməyib. Lakin Taliban iddia edir ki, bombalı intiharçılardan biri partlayıcı maddələrlə dolu avtomobili hərbi missiyanın üzərinə sürərək, xeyli sayda ölümə səbəb olub.

Əfqanıstanın Qəndəhar əyaləti Talibanın yarandığı yer kimi tanınır. Buna görə də ABŞ prezidenti Donald Tramp Əfqanıstana daha çox hərbi quvvə göndərməyi düşünür.

Hazırda Əfqanısıstanda 8400 ABŞ əsgəri xidmət göstərir. Onlar NATO və Əfqanıstan qüvvələri ilə birlikdə təlimlərdə iştirak edir.