Tramp: Qüdsün rəsmən İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb [Video]

Your browser doesn’t support HTML5

Qüdslə bağlı qərarın Yaxın Şərqdə gərignliklərə yol aça bilməsinə baxmayaraq, prezident Tramp kampaniya vədlərindən birini yerinə yetirdi.

“Mən qərara gəlmişəm ki, Qüdsün rəsmən İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Əvvəlki prezidentlər bunu əsas kampaniya vədi etməsinə baxmayaraq, buna əməl etməyiblər. Bu gün mən buna əməl edirəm.”

ABŞ Konrqesi 1995-ci ildə Amerikanın səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi haqda qərar qəbul edib, lakin prezidentlər o vaxtdan hər altı aydan bir bunun təxirə salıması haqda sərəncam imzalayır.

“Biz keçmişin eyni uğursuz mühakimələrini, eyni uğursuz strategiylarını yürütməklə problemlərimizi həll edə bilmərik. Bizim sınaqlarımız fərqli yanaşma tələb edir.”

Tramp əlavə edib ki, onun qərarı Birləşmiş Ştatların maraqlarının ən yaxşı şəkildə təmin edilməsinə və israillillər və fələstinlilər arasında sülhə nail olunmasına xidmət edir.

İsrailin baş naziri Benyamin Netanyahu qərarla bağlı razılığını ifadə edib.

“Mən sülh istəyən bütün ölkələri Birləşmiş Ştatlara qoşularaq, Qüdsü İsrailin paytaxtı kimi tanımağa və öz səfirliklərini buraya köçürməyə çağırıram.”

Lakin fələstinlilərin liderləri Trampı iki dövlət prinsipi əsasında həlli üçün hər hansı imkanı aradan qaldırmaqda ittiham edib.

Fələstin Azadlıq Təşkilatının baş katibi Saeb Erekat:

“Bu addım yanlış mühakimə əsasında edilir, bizə diktə edir və sülh danışıqları üçün qapıları bağlayır. Fikrimcə, prezident Tramp bu gün Amerika Birləşmiş Ştatlarının sülh prosesində hər hansı rolunu etibardan saldı.”

ABŞ prezidenti açıqlamlarında bu elanın narazılıq və fikir ayrılıqları yaradacağını qeyd edib. Bu, dəqiq fikir idi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdslə bağlı qərarı pisləyib.

Roma Papası Fransis beynəlxalq ictimaiyyətə çağırışla müraciət edib.

“Mən səmimi qəlbdən Qüdsün BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq status-kvo vəziyyətinə hörmət etmək üçün hər kəsə müraciət edirəm.”

Prezidentin elanının yaratdığı qalmaqala baxmayaraq, Amerika səfirliyi Tel-Əvivdən tez zamanda köçürülməyəcək. Administrasiya rəsmiləri bildirib ki, təhlükəsizlik tələblərinə cavab verəcək yerin və binanın tapılması üçün bir neçə ay vaxt lazım olacaq.