Tunis demokratiyaya doğru irəliləyir

Seçki rəsmiləri Tunis şəhərində yerləşən seçki məntəqəsində lövhənin üzərində səsləri hesablayırlar. 24 noyabr 2014.

Gənc xanım Tunisdə keçirilən seçkilərin ilk mərhələsində Marsa şəhərində yerləşən seçki məntəqəsində səs verdikdən sonra mürəkkəblə işarələnmiş barmağını göstərir. 23 noyabr 2014.

Tunisli əsgərlər Marsa şəhərində yerləşən seçki məntəqəsini mühafizə edirlər. 23 noyabr 2014.

Tunisin hazırkı prezidenti və prezidentliyə namizəd Monsef Marzuki Tunisin Sus şəhərində prezident seçkilərinin ilk mərhələsində səs verdikdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırır. 23 noyabr 2014.

Prezidetliyə namizəd və Nidaa Tuns partiyasının lideri Beci Caid Əssəbsi Sukra şəhərində Tunisdə keçirilən prezident seçkilərinin ilk mərhələsində səs verir. 23 noyabr 2014.

Əliuşaqlı qadın Marsa şəhərində yerləşən seçki məntəqəsində Tunisdə keçirilən prezident seçkilərinin ilk mərhələsində səs verir. 23 noyabr 2014.

Tunisli mühafizə zabitləri 2011-ci il inqilabından bəri keçirilən ilk prezident seçkiləri zamanı Tunis şəhərində yerləşən seçki məntəqəsini mühafizə edirlər. 23 noyabr, 2014