Tunisdə etirazlar davam edir

Tunis polisi Sidi Boizid şəhərində bələdiyyə binasının önündə toqquşmadan sonra hökumət əleyhinə çıxan nümayişçiləri dağıtmaq üçün gözyaşadırıcı qazdan istifadə edib. Yüzlərlə nümayişçi əraziyə toplaşaraq işçilərin binaya daxil olmasının qarşısını alıb.

Bu şəhər 2011-ci ildə uzun müddət hakimiyyətdə olan prezident Zinə Əl Abidin Ben Əlini hakimiyyətdən devirən kütləvi etiraz aksiyalarının başladığı yerdir. Buradan başlayan inqilab daha sonra regionda Ərəb Baharına yol açmışdı.

Tunisin hakim Ennahda Partiyasına etiraz edən nümayişçilər deyir ki, mötədil islamçı qrup ekstremistlərə dəstəyin və maliyyənin qarşısının alınması üçün yetərli iş görməyib.