ABŞ dövlət katibi Hillari Klinton Türkiyədədir

ABŞ və Türkiyə Suriyanın kimyəvi silahlarla hücum da daxil edilməklə, atacağı addımları müəyyən etməyə çalışır.

ABŞ dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bu gün Türkiyədə görüş keçirib. Onlar işçi qrupunun təsis edildiyini bəyan edib. Qrup vəziyyətin ağırlaşdığı Suriyada hərbi, kəşfiyyat və siyasi inkişafları koorodinasiya etməlidir.

ABŞ Suriya və onun tərəfdaşlarına qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə 9 Afrika ölkəsinə etdiyi 11 günlük səfərindən sonra gedib.

Türkiyə Suriyadan minlərlə qaçqına sığınacaq verib.