Türkiyə sərhəddə qəzaya uğrayan Suriya təyyarəsinin pilotunu xilas edib

Türkiyə sərhədində qəzaya uğramış Suriya hərbi hava qüvvələrinin təyyarəsinin pilotu Türkiyənin xilasetmə komandası tərəfindən tapılıb və Hatay regionundakı xəstəxanaya aparılıb. Xəstəxənanın nümayəndəsi pilotun müalicə edildiyini deyib lakin onun durumu ilə bağlı məlumat verməyib.

Doğan xəbər agentliyinin verdiyi məlumata görə, bazar günü qəzaya uğramış təyyarənin pilotu hadisə yerinin 40 kilometrliyində tapılıb. Onun əvvəlcə jandarmeriyaya və sonradan xəstəxanaya aparıldığı bildirilir.

Suriya hərbi hava qüvvələrinin təyyarəsi qəzadan sonra

Suriyanın dövlət televiziyası ordu mənbələrinə istinadən hərbi hava qüvvələrinin Tükiyə sərhədi yaxınlığında missiyanı yerinə yetirən qırıcı təyyarə ilə əlaqənin kəsildiyi haqda məlumat verib. Hadisə ilə bağlı əlavə detallar qeyd edilməyib.

Təyyarənin qəzaya uğradığı, hücuma məruz qaldığı, ya da texniki səbəbdən düşüb-düşmədiyi aydın deyil.

Hökumət qüvvələri və müxtəlif hərbi dəstələrin döyüş əməliyyatları Türkiyənin Suriya ilə sərhədi yaxınlığında aparılır.

Türkiyə Suriya prezidenti Bəşar Əl-Əsədin ən kəskin tənqidçilərindən biridir və altı ildir sürən müharibədə Əsədə qarşı mübarizə aparan üsyançıları dəstəkləyir. Türkiyə silahlı qüvvələri hazırda Suriya ərazisində döyüş əməliyyatlarına cəlb olunub.

Suriyanın dövlət televiziyası ölkənin hərbi qüvvələrinin Suriyanın Türkiyənin təyyarənin düşdüyü Hatay regionuna yaxın şimal-qərb bölgəsində əvvəllər İŞİD-in nəzarətində olan kəndlərin nəzarətini genişləndirdiyi haqda məlumat verib.

Suriya ordusu bu üstünlüyü Türkiyənin dəstəklədiyi üsyançıların keçən ay ələ keçirdiyi Əl-Bəb şəhərinin cənub və şərq istiqamətlərində əməliyyatları davam etdiyi vaxt əldə edib.