Ukraynanın yeni parlamenti Mıkola Azarovu baş nazir vəzifəsinə yenidən nominasiya edib və yeni spiker seçib

Ukraynanın yeni parlamenti hakim partiya ilə müxalifət arasındakı qarşıdurmaya baxmayaraq Mıkola Azarovu baş nazir vəzifəsinə yenidən nominasiya edib və yeni spiker seçib.

450 yerli parlamentdə Azarov 252 qanunvericinin dəstəyini əldə edib.
Prezident Viktor Yanikoviçin yaxın müttəfiqi olan Azarov 2010-cu ilin mart ayından baş nazir vəzifəsində çalışır.

Bu gün müxalif qanunvericilər və hökumət tərəfdarı Regionlar partiyasının üzvləri əlbəyaxa olub. Lakin buna baxmayaraq Volodımır Rıbak spiker təyin edilib.

Müxalifət partiyalarına sabiq baş nazir Yuliya Timoşenkoya sadiq Azadlıq partiyası və boks üzrə çempion Vitali Klitşkonun rəhbərlik qetdiyi liberal syasətçilər qrupu daxildir.

Regionlar partiyası oktyabr ayı seçkilərindən sonra parlamentdə cüzi fərqlə üstünlük təşkil edir.