Vitse-prezident Bayden: "Senat START müqaviləsini təsdiq edəcək."

  • Amerikanın səsi

Vitse-prezident Bayden: "Senat START müqaviləsini təsdiq edəcək."

ABŞ-ın vitse-prezidenti Co Bayden Senatın START müqaviləsini ratifikasiya edəcəyini inandığını bildirib. Co Bayden bu açıqlamanı ABŞ televiziyasına müsahibə zamanı verib. Senat yanvar ayında yeni tərkibdə işə başlamazdan əvvəl bu gün bir sıra başlıca məsələlər, o cümlədən, Rusiya ilə strateji silahların ixtisarına dair yeni müqavilənin təsdiqi ilə bağlı səsvermə keçirir. Yeni START müqaviləsi aprel ayında ABŞ və Rusiya prezidentləri tərəfindən imzalanıb. Burada hər iki ölkənin nüvə başlıqlarını ixtisar etməsi nəzərdə tutulur.