ABŞ-ın Viskonsin ştatında üç adam qətlə yetirilib

Radklif Hoton masaj salonuna girərək üç qadını güllələyib
ABŞ-ın mərkəzi Viskonsin ştatında silahlı adamın masaj salonuna hücumu nəticəsində üç qadın öldürülüb, dörd adam yaralanıb.

Polis şübhəli hesab edilən 45 yaşlı Radklif Hotonun cəsədini Milvoki civarında yerləşən Brukfilddəki salonda tapıb. Onun intihar etdiyi güman olunur.

Hoton xanımının maşının təkərlərini kəsdiyi üçün hakim ona şərti cəza vermişdi. O, həmçinin silah saxlamaq hüququndan məhrum edilmiş və ona əlində olan silahları yerli polisə təhvil vermək əmr olunmuşdu.

Hotonun xanımı həmin salonun işçisidir.