Venesuelada ümumrespublika tətilinin ikinci günü keçirilir

Venesuela müxalifəti cümə axşamı ümumrespublika tətilinin ikinci və sonuncu gününü keçirir. Tətilin məqsədi prezident Nikolas Maduronun bazar günü keçirilməsi planlaşdırılan konstitusiya məclisi seçkilərini təxirə salmasına məcbur etməkdir.

Etirazçıların bəziləri yollarda daşları çəpərlər düzəldərək nəqliyyatın hərəkətinə, insanların işə getməsinə maneələr yaradıblar. Təhlükəsizlik xidmətləri ilə toqquşma zamanı ən azı bir etirazçının öldüyü bildirilir.

Prezident Maduro konstitusiyanın yenidən yazılması üçün konstitusiya məclisi seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, son aylar ölkədə baş verən hadisələrdə ABŞ-ın günahlandırır.

Etirazlar başlayan gündən bəri nümayşçilər və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı 100 nəfərdən çox insanın öldüyü, minlərlə insanın xəsarət aldığı bildirilir.

İqtisadi böhran nəticəsində yaşanan qıtlıq səbəbilə bəzi venesuelalılar məhsul əldə etmək üçün Kolumbiya ilə sərhədi keçməli olurlar.

Ərrzaq, dərman və digər vacib məhsulların çatışmazlığında Maduro höküməti qunahlandırılır.

Cümə günü paytaxt Karakasda keçiriləcək yürüş etirazçıların tətili ilə davam etdiriləcək.