Vyetnam müharibəsi zamanı həlak olanların qalıqları kütləvi məzarda dəfn edilib

  • Amerikanın səsi

Vyetnam müharibəsi zamanı həlak olanların qalıqları kütləvi məzarda dəfn edilib

ABŞ-ın Vyetnam müharibəsinin veteranları 43 il bundan əvvəl həlak olan 81 kommunist əsgərin qalıqlarının dəfn edilməsinə yardım edib. Vyetnam ordusunun sözçüsü əsgərilərin 1968-ci ilin mart ayında Kon Tum vilayətindəki ABŞ bazasına hücum zamanı öldürülüdüyünün təxmin ediliyini bildirib. Amerikalılar tərəfindən dəfn edilən əsgərlərin 4-nün kimliyi müəyyən edildikdən sonra onların qalıqları ailələrinə verilib. 77 qalıq isə bu gün kütləvi məzarda dəfn edilib. Vyetnamda Amerika müharibəsi kimi tanınan müharibədə 58 min amerikalı, 3 milyon vyetnamlı həlak olmuşdu. Vyetnam 300 min insanın itkin düşdüyünü bildirir. Vaşinqtonla Hanoy arasında diplomatik əlaqələr 1990-cı illərdə bərpa edilib.