Benqazi hücumunu həyata keçirən şəxsə qarşı ittiham irəli sürülüb

Vaşinqtondan federal münsiflər heyəti Benqazidəki ABŞ konsulluğuna ölümcül hücüm həyata keçirən liviyalı şəxsi terrorçuluqda ittiham edib.

Lakin münsiflər heyəti Əhməd Əbu Xattalana ən ciddi ittiham olan cinayətə görə bəraət qazandırıb.

2012-ci ildə baş verən hücum zamanı ABŞ-ın Liviyaya səfiri Kristofer Stivens daxil olmaqla, dörd nəfər həlak olub.

ABŞ-ın desant-təxribatçı dəstələri Əhməd Əbu Xattalanı 2014-cü ildə ələ keçirərək istintaq və mühakimə üçün Birləşmiş Ştatlara gətirib.

Hökm oxunandan sonra Xattalanın on illər boyu azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Ötən ay daha bir şübhəli Mustafa Əl-İmam həbs edilib.