Yahoo istifadəçilərinin məlumatlarının oğurlandığına dair məlumat verib

Yahoo şirkəti bildirib ki, 2013-cü ildə məlumat baza sisteminin hək edilməsi, 1 milyarddan çox Yahoo istifadəçisinin hesablarındakı məlumatların oğurlanmasına səbəb olmuşdur.

Bu insident Yahoo şirkətinin sentyabrda məruz qaldığı digər bir hək insidentindən fərqlidir. 2014-cü ilin sentyabrında şirkətin 500 milyon istifadəçisinin hesabları barədə məlumat oğurlanmışdı. Oğurlanmış məlumatlara istifadəçilərin adları, email ünvanları, telefon nömrələri, doğum tarixləri, təhlükəsizlik sualları və cavabları daxil olub.

Şirkətin ehtimalına görə, insident zamanı ödəmə kartları və bank hesabları barədə məlumatlar oğurlanmayıb.

Kaliforniyanın Sunniveyl şəhərində yerləşən Yahoo şirkəti Verizon şirkəti tərəfindən 4.8 milyard dollar alma prosesindədir.

Şirkət 2013-cü ildə baş vermis insidentə icazəsiz müdaxilə edənlərin kimliyini müəyyən edə bilməyib.