Yaponiyanın cənub-qərbində sakinlər daşqınlardan sonra evlərinə dönüb

Yaponiyanın cənub-qərbində sakinlər record səviyyəyə çatan yağışların törətdiyi daşqınlardan dörd gün sonra evlərinə dönüb.

Kyusü adasında yüz minlərlə insan 27 nəfərin ölümünə səbəb olan daşqın və torpaq sürüşmələrindən sonra bu gün təmizləmə işlərinə başlayıb.

Dünən Yaponiyanın hərbi hava qüvvələri ölkənin cənub-qərbində Fukuoka prefekturasında daşqınlardan zərər çəkən 3000-dən çox insanı ərzaq və digər təchizatlarla təmin edib.

Yaponiyanın qərbində Kyoto prefekturasında saatda 90 millimetrdən çox yağan yağış yüzlərlə evi yararsız hala salıb.

Sinoptiklər bəzi bölgələrdə bazar ertəsinədək şiddətli yağışların davam edəcəyini deyib.