Çin və Yaponiya arasında yüksək səviyyəli danışıqlar aparılır

Çin və Yaponiya dörd ildə ilk dəfə yüksək səviyyəli təhlükəsizlik danışıqları aparıb. Bu, ərazi münaqişəsi üzərində zərər görən münasibətlərin bərpa olunması üçün atılan növbəti addımdır.

Yaponiyanın xarici işlər nazirinin müavini Şunsuki Sugiyama və onun çinli həmkarı Liu Ciançao cümə axşamı Tokioda birgünlük danışıqlar keçirib. Hər iki tərəf ölkələr arasında münasibətlərinin yaxşılaşacağına ümid etdiyini bildirib.

Müdafiə rəsmilərinin də iştirak etdiyi danışıqlar 1993-cü ildən bəri mütəmadi olaraq keçirilirdi, lakin 2012-ci ildə Yaponiyanın hər iki ölkənin iddia etdiyi adaları dövlət mülkiyyətinə çevirməsindən görüşlər sonra təxirə salınıb. Bu hadisə münasibətlərin ciddi şəkildə pozulmasına səbəb olub; hər iki ölkə adaların nəzarətini ələ keçirmək məqsədilə əraziyə döyüş təyyarələri və patrul gəmiləri yerləşdirib.

Münasibətlər həmçinin Yaponiyanın Çinin artan hərbi gücü ilə bağlı narahatlığına görə gərginləşib.