Çində 15 il müddətinə azadlıqdan məhrum edilən kanadalı ömürlük həbsə məhkum edilib

Çin məhkəməsi narkotik qaçaqmalçılığı ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilən kanadalını ömürlük həbs cəzasına məhkum edib. Robert Lloyd Şellenberq barəsində hökm bu gün Dalian şəhər məhkəməsində çıxarılıb.

2014- cü ildə nəzarət altına alınan kanadalı noyabr ayında həbsə məhkum edilib. Lakin prokurorluğun cəzanın yumşaq olduğu iddiaları ilə məsələ yenidən qaldırılıb.

Şellenberq ittihamları rədd edir. Onun vəkili isə qərarla bağlı apellyasiya məhkəməsinə müraciət ediləcəyini bildirib.

Qərar Kanada ilə Çin arasındakı mövcud gərgin münasibətləri daha da ağırlaşdırıb. Bu, Kanadada Çinin texnolgiya şirkətinin şöbə rəhbərini həbs etməsinə cavab hesab edilir.

Huawei şirkətinin maliyyə şöbəsinin rəhbəri Menq Uanzhou dekabrın 1-də ABŞ adından Vankuverdə həbs edilib. Amerika onun İrana qarşı sanksiyaları pozduğuna görə ekstradisiyasını gözləyir.

Bundan əvvəl Çində iki Kanada vətəndaşı milli təhlükəsizliyə hədə ittihamı ilə həbs edilmişdi.

Son illər ərzində Çində Britaniya, Yaponiya və Filippin də daxil edilməklə, bir neçə ölkənin vətəndaşları narkotik qaçaqmalçılığı ittihamı ilə edam edilib.