Accessibility links

Sendi qasırğası ABŞ-ın şərq sahillərinə yaxınlaşır


Sinoptiklər ABŞ-ın şərq sahillərinə yaxınlaşan qasırğanın tarixdə ən iri tufanlardan biri ola biləcəyinə dair xəbərdarlıq edirlər.

Sendi qasırğası Atlantik sahilləri boyunca şimala doğru irəliləyir, və onun şimalda iki qar çovğunu ilə toqquşaraq supertufan əmələ gətirəcəyi gözlənilir. Bu tufan 1200 kilometr radiusunda ərazini əhatə edə və 60 milyon adamın həyatına təsir göstərə bilər.

Tufanın təsirinə hazırlaşan şəhərlər sırasında paytaxt Vaşinqton, Baltimor, Nyu York, Filadelfiya və Boston var. Sendi qasırğasının sahilə gələcəyi güman edilən məntəqələrdə xəbərdarlıqlar və elan lövhələri vurulub.

Bir sıra ştatlarda dağıdıcı küləklər, leysan yağışları, bəzilərində isə qar çovğunları gözlənilir. Küləyin saatda 120 kilometr olduğu deyilir.
XS
SM
MD
LG