Accessibility links

Video

Əvəz Zeynallıya 9 il həbs


Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallnın barəsində hökm oxunub. Hakim Ramella Allahverdiyeva jurnalisti əmlakı müsadirə olunmadan cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda Ə.Zeynallıya həbsdən azad edildikdən sonra bir il ərzində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Bundan əlavə, o vurduğu zərərə görə xəzinəyə 4076 manat köçürməlidir. Əvəz Zeynallı 2011-ci il oktyabrında həbs olunub. 2012-ci ilin mayında ona qarşı məhkəmə başlayıb. Məhkəmə Ə.Zeynallını Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə təqsirli bilib.

XS
SM
MD
LG