Accessibility links

Leyla Yunus MTN-ə köçürülüb


Leyla Yunus
Leyla Yunus

Bu gün hüquq müdafiəçisi Leyla Yunusun 1 saylı Bakı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasına köçürüldüyü məlum olub. Belə ki, hüquq müdafiəçisinin yaxınlarından olan Azad İsazadə oktyabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxanasına Leyla Yunus üçün sovqat aparıb və ona Yunusun MTN-nin İstintaq Təcridxanasına köçürüldüyünü bildiriblər.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə Leyla Yunusun MTN-nin təcridxanasına köçürüldüyünü təsdiq edib: “Leyla Yunusun 1 saylı Bakı İstintaq Təcridxanasından MTN-nin təcridxanasına köçürülməsi düzgün deyil. Çünki Leyla Yunusun 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanması ilə bağlı məhkəmə qərarı var. Hüquq müdafiəçisinin hansı səbəbdən MTN-ə köçürülməsinin səbəbi barədə hələ məlumatımız yoxdur. Hesab edirəm ki, Leyla Yunusun MTN-ə köçürülməsi onun səhhətinə təsir edəcək”.

Vəkil Leyla Yunusla görüşdükdən sonra köçürülmə ilə bağlı şikayət edib-etyməyəcəyini müəyyən edəcək.

Öz növbəsində, MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Amerikanın Səsinə Leyla Yunusun MTN-nin İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı məlumata malik olmadığını bildirib.

XS
SM
MD
LG