Aydakı son insan
Ötən həftə hər il Texasın Austin şəhərində keçirilən South by Southwest film festivalında böyük kütləni cəlb edən filmlərdən biri aya getmiş son insan- amerikalı astonavt Eugene Cernan-ın [Yucin Sernan] hekayəsini təsvir edir. Cernan aydan döndüyündən 42 il keçib və o, ondan sonra aya heç kəsin getməməsindən gileylənir. Cernan daha intensiv kosmik proqramın tərəfdarıdır.