Accessibility links

Rusiya Azərbaycanın qeyri-neft məhsulları ixracında birincidir


2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641,9 milyon ABŞ dolları, Türkiyəyə 555,1 milyon ABŞ dolları, Gürcüstana 198,7 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 81,8 milyon ABŞ dolları, Qazaxıstana 66,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu barədə Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd edilib.

Sənəddə deyilir ki, 2023-cü ilin iyul ayında da qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (89,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (42,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,4 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı”na görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyul ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə BƏƏ, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

2023-cü ilin yanvar-iyul aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,2 milyard manat, yalnız iyul ayında isə 218,8 milyon manat dəyərində əməliyyat aparılıb.

Forum

XS
SM
MD
LG