Accessibility links

Riç Outzen: İranın münaqişəni daha da gərginləşdirməyə çalışacağını düşünürəm


Riç Outzen: İranın münaqişəni daha da gərginləşdirməyə çalışacağını düşünürəm
please wait

No media source currently available

0:00 0:11:02 0:00

Atlantik Şuranın baş elmi işçisi Riç Ouzten Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Yaxın Şərqdə çəkindirmə səyləri, İsrail-HƏMAS müharibəsinin mümkün regional və qlobal təsirləri, İranın regionda ambisiyaları və Rusiyanın Yaxın Şərq münaqişəsində rolu haqda danışıb.

Birləşmiş Ştatlar Livanda Hizbullah qrupu və İran kimi ölkələr və qruplaşmaların münaqişənin daha böyük bölgədə genişləndirməsinin qarşısını ala bilmək üçün regionda hərbi mövcudluğunu artırıb. ABŞ-ın iki təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqində yerləşdirilib. Birləşmiş Ştatların regional çəkindirmə səyləri çərçivəsində bölgədə 2 mindən çox ABŞ hərbi personalı yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu addımlar Birləşmiş Ştatların İraq və Suriyada hərbi qüvvələrinə qarşı oktyabrın 17-dən bəri 10-dan çox dron və raket hücumu həyata keçirdiyi vaxt atılır. Vaşinqtonda Atlantik Şuranın baş elmi işçisi, ABŞ Dövlət Departamentində hərbi və mülki məsələlər üzrə müşavir kimi çalışmış Riç Ouzten Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Yaxın Şərqdə çəkindirmə səyləri, İsrail-HƏMAS müharibəsinin mümkün regional və qlobal təsirləri, İranın regionda ambisiyaları və Rusiyanın Yaxın Şərq münaqişəsində rolu haqda danışıb.

XS
SM
MD
LG