Accessibility links

Metyu Miller: Rusiya ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı səylərinə mane olmur


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

Rusiya heç bir halda ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yanvarın 4-də keçirilən ənənəvi brifinqdə Turan agentliyinin Rusiyanın regiondan kənarda olan dövlətlərin Azərbaycan-Ermənistan probleminin həllinə qarışmaması barədə çağırışı ilə bağlı sualının cavabında deyib.

“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, Miller qeyd edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da növbəti görüşünə gəlincə, Miller deyib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.

Bununla yanaşı, bu il yanavarın 1-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın Berliner Zeitung qəzetində dərc olunmuş müsahibədə bildirib ki, Azərbaycan və Ermənistan vasitəçisiz məhsuldar danışıqlar aparmağa qadirdir.

Hacıyev Azərbaycanın təcrübəsində Azərbaycan-Ermənistan danışıqlarında İran, Rusiya və Türkiyə ilə 3+3 formatı, yoxsa Qərbin, ABŞ, Avropa İttifaqının iştirakı ilə danışıların effektİi olub-olmaması barədə suala belə cavab verib.

“Hər bir formatın öz üstünlükləri var. Müxtəlif mərhələlərdə bütün formatlar tərəqqiyə səbəb olub. Biz bütün vasitəçilərə də minnətdarıq. Yer önəmli deyil, nəticə önəmlidir. Məqsədimiz nəticəyönümlü danışıqlardır. Prinsipcə biz dürüst vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa müzakirələrə üstünlük veririk. Müvafiq olaraq, Bakı ilə Yerevan arasında sülh sazişinin mətni birbaşa və ikitərəfli qaydada hazırlanacaq”, o qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG