Accessibility links

Metyu Miller: Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasında oturmaqdır


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 1-də ənənəvi brifinqdə Turan agentliyinin Ermənistan-Azərbaycan sərhədində son eslakasiya ilə bağlı sualının cavabında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil.

"Biz həftə sonu Azərbaycan hökumətinin bəyanatını gördük. Qeyd edim ki, Avropa İttifaqının monitorinq missiyası dünən (martın 31-də) bildirib ki, Ermənistan-Azərbaycan sərhədində sakitlikdir, bəyanatlara baxmayaraq, qoşunların və ya artilleriyanın qeyri-adi hərəkətləri yoxdur. Sərhəd boyu ritorikanın və ya düşmənçiliyin artmasına qarşı xəbərdarlıq edirik və bundan sonra da xəbərdarlıq edəcəyik. Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Bu tribunadan dəfələrlə dediyimi eşitdiyiniz kimi, davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasında oturmaqdır”, o qeyd edib.

Miller deyib ki, ABŞ həm Ermənistana, həm də Azərbaycana izah etməyə davam edəcək ki, eskalasiya heç kimin marağında deyil.

O, aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan arasında üçtərəfli görüşə Azərbaycanın dəvət edilib-edilməyəcəyi ilə baağlı sualın cavabında deyib ki, görüş Ermənistanın islahatları, onun demokratiyası, iqtisadiyyatı və möhkəmliyi haqqındadır.

“Sülh prosesi bu görüşün diqqət mərkəzində deyil. Bu ABŞ, Aİ və Ermənistan arasında iqtisadi diversifikasiya, humanitar yardım, qaçqınlara dəstək, demokratiya və qanunun aliliyi kimi sahələrdə Ermənistanın siyasi islahatlarına dəstək məsələlərini müzakirə etmək üçün keçirilən görüşdür. Bu, regional görüş deyil”, o qeyd edib.

Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

“Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır” - açıqlamada deyilir.

Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin “guya sərhəd zonasının müxtəlif istiqamətlərində şəxsi heyətin, zirehli texnikanın, artilleriya və digər atəş silahlarının yığılması və aktiv yerdəyişməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil”.

Nazirlik bəyan edir ki, Ermənistan-Azərbaycan “dövlət sərhədində son əməliyyat vəziyyətini stabil qiymətləndirir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”.

İki ölkənin sərhədindəki durumla bağlı Azərbaycan və Ermənistanın bəyanatları aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ərəfəsinə təsadüf edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG